Yazını böyüt
Yazını kiçilt
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
Hafta.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.
Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.